RU

BU ƏRAZİLƏRDƏ yol hərəkəti dəyişir VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.

 

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.

7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
11
bizim.media

10Источники