ain.az, Gununsesi portalına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni rəis təyin edilib.
Gununsesi.info Qaynarinfo-ya istinadla xəbər verir ki, yeni rəis Bəxtiyar İslam oğlu Tağıyevdir.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Ötən gün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyininin rəisi Cəbrayıl Eldar oğlu Xanlarov vəzifəsindən azad olunaraq, fövqəladə hallar nazirinin müavini təyin edilib.
Xatırladaq ki, Bəxtiyar Tağıyev ötən ilin dekabr ayında FHN-nin Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi vəzifəsindən azad olunaraq, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini təyin edilmişdi.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.