RU

Azərbaycan 2027-2030-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlarını açıqlayıb

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 266,7 milyon manat və yaxud 2,6 % çox - 50 milyard 106 milyon manat olacağı proqnozlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, 2028-ci ildə isə bu rəqəm 50 milyard 858,5 milyon manat, 2029-cu ildə 52 milyard 168,3 milyon manat, 2030-cu ildə isə 53 milyard 854 milyon manat olmalıdır.

Gələn il Azərbaycanın dövlət büdcəsinin xərclərinin isə bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyon manat və yaxud 1,2 % çox - 42 milyard 200 milyon manat olacağı gözlənilir. 2028-ci ildə isə bu rəqəm 42 milyard 825 milyon manat, 2029-cu ildə 43 563,2 milyon manat, 230-cu illdə isə 44 450 milyon manat olmalıdır.

Proqnozlara görə, gələn il büdcə xərclərinin 26 milyard 2,5 milyon manatı və yaxud 61,6 %-ni cari xərclər (bu ilə nisbətən 800,9 milyon manat və yaxud 3,2 % çox), 13 milyard 800 milyon manatı və yaxud 32,7 %-i əsaslı xərclər (244,4 milyon manat və yaxud 1,7 % az), 2 milyard 397,5 milyon manatı və yaxud 5,7 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər (60,1 milyon manat və yaxud 2,4 % az) olacaq.

"Cebheinfo.az"

Избранный
48
1
cebheinfo.az

2Источники