RU

İspaniyalı əfsanə “Fənərbaxça”nı ziyarət etdi

Dünən futbol dünyasının tanınmış simalarından biri sürpriz şəkildə “Fənərbaxça”nı ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, söhbət “Real”ın əfsanəsi Fernando Yerrodan gedir.

58 yaşlı futbol adamı sonuncu dəfə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Nəssr”in idman direktoru kimi çalışıb. “Real”ın heyətində 14 il keçirən, burda üçü ÇL olmaqla 17 titul qazanan Yerronun hansı məqsədlə İstanbul nəhəngini ziyarət etməsi barədə dəqiq məlumat yoxdu. O, klub rəhbərliyi və bəzi yönəticilər ilə görüşüb. Yerro görüşlə bağlı öz “instaqram” səhifəsində paylaşım edib və “sarı-lacivərdlilər”in idman direktoru Devin Özəkə təşəkkürünü bildirib:

“Fənərbaxça” kimi köklü və tarixi bir klubu ziyarət etmək mənə böyük zövq verdi. Dəvət üçün Devin Özəkə təşəkkürümü bildirirəm. O, gördüyü peşəkar işlər baxımından çox hörmət etdiyim idman direktorudu. Futbolu belə coşqulu şəkildə yaşamaları həqiqətən inanlmazdı”.
Избранный
38
1
football-plus.az

2Источники