RU

İcmal büdcənin xərcləri proqnozu açıqlanıb

Bakı. Trend:

2027-ci il üçün icmal büdcənin xərcləri 2026-cı ilin təsdiqolunmuş göstəricisi ilə müqayisədə 1 milyard 266,7 milyon manat vəyaxud 2,6 faiz çox olmaqla 50 milyard 106,0 milyon manat,ortamüddətli dövrün sonuna isə 5 milyard 14,7 milyon manat və yaxud10,3 faiz çox olmaqla 53 milyard 854,0 milyon manatproqnozlaşdırılır.

Trend bubarədə Maliyyə Nazirliyinə isitnadən xəbər verir.

Bildirilib ki, eyni zamanda, 2027-ci il üzrə dövlət büdcəsininxərcləri 42 milyard 200,0 milyon manat proqnozlaşdırılır ki, bu da2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 496,4 milyonmanat və ya 1,2 faiz çoxdur. Ortamüddətli dövrün sonuna isə dövlətbüdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş büdcəsi iləmüqayisədə 2 milyard 746,4 milyon manat və yaxud 6,6 faiz çoxolmaqla 44 milyard 450,0 milyon manat proqnozlaşdırılır.

2027-ci il üçün dövlət büdcəsi xərclərinin 26 milyard 2,5 milyonmanatı və ya 61,6 faizi cari xərclərə (2026-cı illə müqayisədə800,9 milyon manat və ya 3,2 faiz çox), 13 milyard 800,0milyonmanatı və ya 32,7 faizi əsaslı xərclərə (2026-cı illə müqayisədə244,4 milyon manat və ya 1,7 faiz az), 2 milyard 397,5 milyonmanatı və ya 5,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətləbağlı xərclərə (2026-cı illə müqayisədə 60,1milyon manat və ya 2,4faiz az) yönəldilməsi proqnozlaşdırılır.

“Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasətiqarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsasgötürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərcprioritetləri əsasında müəyyənləşdirilib. Belə ki,2027-2030-cuillərdə dövlət büdcəsi xərcləri dövlətin əsasfunksiyalarının, o cümlədən əhalinin sosial müdafiəsiningücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və BöyükQayıdışa dair I Dövlət Proqramının icrası, müdafiə vətəhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin, habeləMilli xərc prioritetlərinə söykənən layihələrinmaliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.Ortamüddətlidövrdə zəruri xərc istiqamətləri üzrə artımların inflyasiyaya təkanverməyən səviyyədə həyata keçirilməsi və pul bazasının izafiartımına yol verməməklə Mərkəzi Bank tərəfindən həyata keçirilənmonetar siyasətin dəstəklənməsi nəzərdə tutulur”, - məlumatda qeydedilib.

Məqalədə:
Избранный
37
az.trend.az

1Источники