2026-cı ilin sonuna Azərbaycanın dövlət borcunun ümumi məbləği 27,6 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 21,1 faizinə çatacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
Qeyd edilib ki, ortamüddətli (2027-2030-cu illər) dövrün sonuna dövlət borcunun ümumi məbləğinin 34,3 milyard manat səviyyəsinə çatacağı və 2030-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 20,6 faiz səviyyəsində olacağı gözlənilir.