RU

İsrail ordusu "Hizbullah"ın 200 hədəfini vurdu - VİDEO

İsrail ordusu Livanda yerləşən "Hizbullah" qruplaşmasının obyektlərinə qarşı hərbi əməliyyatlarını dayandırmır. Son sutka ərzində ölkənin cənub hissəsində 200 müxtəlif hədəf vurulub.

Moderator.az-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti bəyanat yayıb.

Hücuma məruz qalan hədəflər sırasında hərbi təyinatlı infrastrukturun və 20 raket buraxılış qurğusunun olduğu vurğulanıb.

 

 

Избранный
28
moderator.az

1Источники