RU

İrandan Xameneinin ölümü ilə bağlı açıqlama

BAKI, 15 aprel. TELEQRAF

“İran münaqişəni diplomatik yolla həll etməyə sadiqdir, amma Silahlı Qüvvələr istənilən təxribata cavab verməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.

“Diplomatik proseslər irəlilədikcə, İran Silahlı Qüvvələri hadisələri tam sayıqlıqla izləyir və istənilən təxribata cavab verməyə hazırdır”, - diplomat qeyd edib.

Bəqayi İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürülməsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Xameneinin öldürülməsi ABŞ-nin tarixində əbədi ləkə olaraq qalacaq.

Xatırladaq ki, Əli Xamenei ABŞ və İsrailin İrana hücumunun ilk günündə - fevralın 28-də öldürülüb.

Избранный
28
teleqraf.com

1Источники