Bu barədə Aktual.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 5,3 min şəxsə ilkin, 6,2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb: "Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir".