RU

Şəkinin tarixi memarlıq abidələrinə ekskursiya

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Şəki, 15 aprel, AZƏRTAC

Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidələrə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində, həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə maarifləndirici ekskursiya təşkil olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tarix-Memarlıq Qoruğundan məlumat verilib.

Bildirilib ki, “Memarlıq abidələrimizə səyahət” adlı ekskursiyada iştirak edən Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələri Qoruq ərazisində yerləşən tarixi memarlıq incilərini – Şəkixanovların evi və Şəki Xan məscidini ziyarət edib, məscidin həyətində fəaliyyət göstərən sərgi salonu ilə tanış olublar.

Ekskursiya zamanı Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulova və qoruğun memarı Seyran Əyyubov iştirakçılara abidələrin tarixi, memarlıq xüsusiyyətləri və qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Müxbir – Mustafa Dadaşov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
azertag.az

1Источники