RU

Baş nazir prezidentə SƏSLƏNDİ: “Dərhal vəzifədən gedin, yoxsa… “

Macarıstanda keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gündəmi daha da gərginləşib.

Seçkilərdə qalib gələn “Tisa” partiyasının lideri Peter Magyar ölkə prezidenti Tamas Sulyokun istefasını tələb edib.

KONKRET.az xəbər verir ki, Magyar sosial şəbəkə hesabında bildirib ki, prezident milli birliyi təmsil etmək üçün layiqli deyil və mənəvi nümunə sayıla bilməz. O, qeyd edib ki, yeni hökumət formalaşdıqdan sonra Tamas Şuyok dərhal vəzifəsini tərk etməlidir.

Məlumata görə, aprelin 12-də keçirilən seçkilərin nəticələrinə əsasən “Tisa” partiyası parlamentdə 199 yerdən 138-ni qazanaraq böyük üstünlük əldə edib. Hakim Fidesz partiyası isə cəmi 55 mandatla kifayətlənib.

Qeyd edək ki, bu nəticələr Macarıstanda siyasi qüvvələr balansında ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Избранный
14
1
konkret.az

2Источники