RU

Azərbaycan pilotları “Anadolu Ankası – 2026” təlimində növbəti mərhələni tamamlayıb (FOTO/VİDEO)

Bakı.Trend:

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən“Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalqaxtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurlayerinə yetirilib.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, təlimdə SU-25 və F-16 təyyarələri, eləcə də T-70helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış havagəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədiləhavada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təminedilməsi üzrə taktiki tapşırıqlar icra edilib.

Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyatakeçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi vəxilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təminolunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiştapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinənail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.

Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmiziHHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətininmütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət vəaviasiya vasitələri təmsil edir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
29
18
az.trend.az

10Источники