RU

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb VİDEO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradıb.Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.Kadrlarda yolun hərəkət hissəsində yerləşən lükün açıq vəziyyətdə qaldığı əks olunub.

 

"Ərazidə təmir işləri aparılsa da, hər hansı xəbərdaredici nişanlar qoyulmayıb. Xüsusilə gecə saatlarında bu vəziyyət sürücülər üçün daha böyük risk yaradır", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli oxu.az-a bildirib ki, ərazidə müvafiq qurumun sifarişi əsasında təmir işləri həyata keçirilir."Artıq sözügedən lükün önünə müvafiq məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulub", - deyə A.Nəcəfli bildirib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
bizim.media

2Источники