RU

Qattuzonun yerini Baldini tutdu

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

İtaliya yığmasının müvəqqəti baş məşqçisi müəyyənləşib. Bu haqda İtaliya Futbol Federasiyası məlumat yayıb."Football-plus.az" xəbər verir ki, milli komanda hazırda ölkənin U-21 yığmasına rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə müddəti iyunun sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Baldini yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib. Xatırladaq ki, Qattuzo İtaliya yığmasının DÇ-2026-nın seçmə pley-off mərhələsinin finalında Bosniya və Hersoqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.“Skuadra adzurra” Baldininin rəhbərliyi altında iyunda Lüksemburq və Yunanıstan yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
1
icma.az

2Источники