RU

Tramp: ABŞ Çinə qarşı sərt mövqe nümayiş etdirir

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp dünyadakı digər liderlərlə müqayisədə Çinə qarşı ən sərt mövqe tutduğunu bəyan edib.

Xalqcebhesi.az -ın xəbərınə görə, siyasətçi "Fox News" telekanalına verdiyi müsahibədə bildirib ki, fikir ayrılıqlarına baxmayaraq, ABŞ-ın Çin rəhbərliyi ilə münasibətləri yaxşıdır.

"Çin ilə işləmək heç vaxt asan deyil, lakin biz onlarla əla yola gedirik. Mən Çinə qarşı dünyada ən sərt mövqedə olan adamam. Çin avtomobillərinə 100% rüsum tətbiq etdim və indi ölkənin heç bir yerində Çin maşını yoxdur", — deyə Amerika lideri qeyd edib.

Çinə qarşı digər "sərt" tədbirləri sadaladıqdan sonra Tramp, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə "yaxşı münasibətlərinin" olduğunu vurğulayıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники