RU

Yaxın Şərq böhranı Hindistan şirkətlərini "vuracaq" - media

Yaxın Şərq böhranı Hindistan şirkətlərini "vuracaq" - media

ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra Yaxın Şərqdə yaranan böhran Hindistanın nəhəng şirkətlərinin 2025-2026-cı maliyyə ilinin dördüncü rübü üzrə maliyyə nəticələrinə mənfi təsir göstərə bilər.

AFN.az xəbər verir ki, bu proqnozla Hindistanın "JM Financial" analitik şirkəti çıxış edib.

Qiymətləndirmələrə görə, Hindistanın əsas fond indeksi olan "Nifty 50"yə daxil olan şirkətlərin ümumi xalis mənfəəti yanvar-mart aylarında illik müqayisədə cəmi 4,2% artacaq ki, bu da son yeddi rübün ən zəif göstəricisidir.

Analitiklər qeyd edirlər ki, neft qiymətlərinin artması, mayeləşdirilmiş təbii qaz təchizatındakı fasilələr və logistikanın bahalaşması şirkətlərə ciddi təzyiq göstərir. Ən çox zərər çəkən sahələr kimi neft-qaz sektoru, aviasiya, logistika və ixracatçı şirkətlər göstərilir.

Избранный
32
afn.az

1Источники