RU

Bu şəxslərə metro tikintisinə görə kompensasiya veriləcək RƏSMİ

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 10 metro stansiyanın tikintisi və 2 elektrik deposunun tikintisinin tamamlanması nəzərdə tutulub.Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, qeyd edilən obyektlərdən “Dərnəgül” və “Xocəsən” elektrik depolarının layihəsi altına düşən tikililərin köçürülməsi daha əvvəllər (2010-2015-ci illərdə) “Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq kompensasiya ödənilməklə həyata keçirilib.Proqramda tikintisi nəzərdə tutulmuş 10 metro stansiyasından, 1 stansiyanın tikintisi artıq başa çatmaq üzrədir. Qalan 9 stansiyanın layihələndirilmə işləri həyata keçirilir. Layihə işləri tam başa çatdıqdan sonra, layihə altına düşən tikililərin mövcudluğu müəyyən edilərsə, yuxarıda qeyd edilən qanun tələblərinə uyğun olaraq kompensasiya ödənilməklə həyata keçiriləcək.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
13
demokrat.az

10Источники