RU

Hörmüz boğazına alternativ dəhlizlər təşkil olunmasa... ELXAN ŞAHİNOĞLU

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə baş verən son hadisələr və Hörmüz boğazı ətrafındakı gərginlik qlobal iqtisadiyyatda ciddi təsirlər yaradır. 

Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat yayıb.

Onun sözlərinə görə, bölgədə baş verən qarşıdurma və sonrakı gərginlik enerji bazarlarında qeyri-müəyyənliyi artırıb. İranın Hörmüz boğazında nəqliyyat axınını məhdudlaşdırması bir çox ölkə üçün enerji təchizatında çətinliklər yaradıb. Bu isə qlobal iqtisadiyyatda əlavə təzyiqlərə səbəb olub.

Politoloq qeyd edib ki, əldə olunan atəşkəs və davam edən danışıqlar müəyyən ümidlər yaratsa da, vəziyyət hələ də kövrək olaraq qalır. Onun fikrincə, tərəflər arasında etimadın aşağı olması və böyük dövlətlərin maraqlarının toqquşması sülh prosesini çətinləşdirir.

Elxan Şahinoğlu bildirib ki, xüsusilə enerji idxalından asılı ölkələr üçün Hörmüz boğazında baş verən hadisələr ciddi risklər yaradır. Bu marşrutdan asılılıq alternativ nəqliyyat və enerji dəhlizlərinin vacibliyini bir daha gündəmə gətirir.

Ekspert vurğulayıb ki, belə şəraitdə enerji resurslarının dünya bazarlarına çatdırılmasında şaxələndirmə mühüm əhəmiyyət daşıyır. O, Azərbaycanın bu sahədə təcrübəsini nümunə göstərərək bildirib ki, müxtəlif boru kəmərlərinin mövcudluğu risklərin azaldılmasına imkan verir.

Onun sözlərinə görə, Körfəz ölkələri və İran alternativ ixrac marşrutlarının yaradılması istiqamətində addımlar atmasalar, bu cür böhranlar zamanı ciddi iqtisadi itkilərlə üzləşməkdə davam edəcəklər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
avtosfer.az

1Источники