RU

Rusiyadan yeni uçuş planı: Bu təyyarələr daxili reyslərə yönəldilir

Yaxın Şərqə uçuşları dayandırılan təyyarələr artıq Rusiya daxilindəki populyar istiqamətlər üzrə hərəkət edə bilər.

Publika.az xəbər verir ki, bu təşəbbüslə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxış edib.

Nazir hökumət komissiyasının iclasında bildirib ki, hazırda birbaşa hava əlaqəsi olmayan daxili marşrutlara böyük tələbat var. Yaxın Şərq istiqamətində uçuşların məhdudlaşdırılması səbəbindən boş qalan laynerlərin həmin daxili reyslərə cəlb edilməsi təklif olunur.

Artıq bununla bağlı Nəqliyyat Nazirliyi və "Rosaviasiya"ya rəsmi müraciət ünvanlanıb.

Избранный
22
publika.az

1Источники