RU

Masazırda evlər və qəbiristanlıq zərər gördü VİDEO

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Masazır qəsəbəsində yaranmış vəziyyət həftələrdir dəyişməz qalır. Bir müddət əvvəl yağan güclü yağışların fəsadları hələ də aradan qalxmayıb. Əraziyə giriş-çıxış demək olar ki, mümkünsüzdür. Bəzi sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb, digərləri isə müvəqqəti olaraq mərasim evlərinə və daş sexlərinə sığınıb.Burada təkcə yaşayış evlərini deyil, hətta qəbiristanlığı da su basıb, qəbirlər su altında qalıb.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, son günlər yağan intensiv yağışlar normadan dəfələrlə artıq olub. Problemin əsas səbəblərindən biri də sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya və drenaj sistemlərinin olmamasıdır. Yağış suları xüsusi kollektorlar olmadığından birbaşa tullantı xətlərinə yönləndirilir ki, bu da sistemin yüklənməsinə və daşqınlara səbəb olur.Bundan əlavə, evlərin bir qismi yaşayış üçün nəzərdə tutulmayan və relyefi əlverişsiz sahələrdə tikilib. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən ərazidə suyun çəkilməsi istiqamətində işlər davam etdirilir.Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
demokrat.az

1Источники