ain.az, Bakivaxti saytına istinadən bildirir.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın kimya və neft-kimya sənayesinin mərkəzlərindən biri olan Başqırdıstanın Sterlitamak şəhərində hərbi texnika üçün komponentlərin istehsalı ilə əlaqəli obyektlərə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib
“Sterlitamak hücum altındadır. Bu, Rusiyada kimya və neft-kimya sənayesinin əsas mərkəzlərindən biridir”, - o bildirib.
Kovalenkonun sözlərinə görə, şəhərdə aviasiya və raket texnikası üçün vacib komponentlər istehsal edən müəssisələr var. Burada partlayıcı maddələr, barıt və sursat istehsalı ilə əlaqəli kimyəvi məhsulların hazırlandığı da qeyd olunub.
“Məsələn, hərbi texnika üçün aviasiya yanacağı və sürtkü yağlarında istifadə olunan ionol istehsal edən Sterlitamak Neft-Kimya Zavodu burada yerləşir”, - o əlavə edib.
Başqırdıstan rəhbəri Radi Xabirov də hücumu təsdiqləyib./Teleqraf
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.