RU

Yeni icraçı direktor təyinatı səhiyyə islahatlarına təkan verəcək ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 aprel, AZƏRTAC

TƏBİB-in yeni icraçı direktorunun təyinatı ölkə səhiyyəsində uzun müddətdir anons edilən keyfiyyət dəyişikliyinin əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir. Bu addım, sadəcə, kadr dəyişikliyi deyil, vətəndaş məmnunluğuna hədəflənən yeni islahat mərhələsinin rəsmi başlanğıcıdır. Yeni mərhələdə əsas hədəf tibbi xidmətlərin yalnız mövcudluğu deyil, həm də onların operativliyi və keyfiyyətinin daimi inkişafıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası” İctimai Birliyinin sədri Azər Hüseynov deyib.

O bildirib ki, TƏBİB-in institusional rolunun gücləndirilməsi, qurumun daha çevik və müasir idarəetmə modelinə keçidini təmin edəcək. Bu, xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlar üçün müalicədə yaşanan çətinliklərin aradan qalxması və xidmətə ölkə üzrə əlçatanlığın yüksəlməsi deməkdir. İslahatların ən vacib istiqamətlərindən biri səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın qurulmasıdır. Bu sahədə gözləntilər ondan ibarətdir ki, tibbi sığorta vəsaitlərinin idarə edilməsində səmərəlilik artacaq, vətəndaşların müalicə və sosial reabilitasiya prosesləri vahid zəncirvari sistemdə birləşəcək. Həmçinin TƏBİB-in səhiyyə sisteminin müasir çağırışlarına (epidemioloji vəziyyətlər, yeni müalicə protokolları, texnoloji yeniliklər) operativ uyğunlaşma qabiliyyəti artacaq. Bütün bunlar qurumun dayanıqlı və səmərəli bir struktur kimi inkişafına zəmin yaradır.

"Bizim üçün ən önəmli məqam TƏBİB-in rolunun artması ilə paralel olaraq, tibbi xidmətlərin göstərilməsində pasiyentin prosesin mərkəzinə qoyulmasıdır. Yeni rəhbərliyin və tətbiq edilən islahatların əhaliyə daha yüksək səviyyəli və layiqli tibbi xidmətin göstərilməsini təmin edəcəyinə inamımız tamdır", - deyə QHT sədri vurğulayıb.

Ayaz Hüseynov, həmçinin qeyd edib ki, bu transformasiya Azərbaycan səhiyyəsini regionun ən müasir və vətəndaş dostu sistemlərindən birinə çevirmək potensialına malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
azertag.az

3Источники