Cənubi Asiyada yerləşən Nepal ötən gün 2083-cü ilə daxil olub.
Ölkə.Az xəbər verir ki, sözügedən ölkə dünyanın bir çox yerindən fərqli olaraq yeni ili ötən gün qarşılayıb.
Buna səbəb isə Nepalda hindu ay-günəş təqvimi olan Bikram Sambat təqvimindən istifadə edilməsidir.
Bikram Sambat Miladi təqvimdən 56 il 8 ay irəlidədir.
Nepal bu təqvimdən rəsmi olaraq istifadə edən yeganə ölkədir. Bundan başqa qeyri-rəsmi olaraq Hindistanın da bəzi bölgələrində Bikram Sambat işlədilir.
Qeyd edək ki, hazırda dünyada fərqli təqvimdən istifadə edən ölkələr Nepalla yanaşı, İran və Efiopiyadır.
İran hazırda Hicri təqvimə görə, 1405-ci, Efiopiya isə öz təqvimi ilə 2018-ci ildədir.
Billurə
