RU

Üç suveren fond “Galaxy Orientis” Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını (“CAIP” və ya Proqram) təsis edib. Sözügedən platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır. Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.

Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin - ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.

Proqramın baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities” şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.

Избранный
80
14
vergiler.az

10Источники