RU

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 14-də Bakı şəhərində növbəti dəfə vətəndaşlarla görüşüb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb, bəzi məsələlərin operativ həlli məqsədilə yerində zəruri tədbirlər görülüb. Araşdırma tələb edən digər məsələlərin nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində aidiyyəti dövlət qurumlarına müraciət ediləcəyi vurğulanıb.

Görüşdə, həmçinin vətəndaşlara hüquqi məsləhətlər verilib, habelə müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, elektron poçt ünvanları, poçt, faks, eləcə də sosial media platformaları vasitəsilə də müraciətlərin qəbul olunduğu diqqətə çatdırılıb.

Избранный
39
7
azerbaijan-news.az

8Источники