RU

Nigara hədiyyə kimi aldığım “Note 9”u geri istədim ki, satıb, özümə cib xərcliyi edim

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xaçmaz rayonunda 1994-cü il təvəllüdlü Fuad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nigara (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 14-də rayonun kəndlərindən birində baş verib. Fuad həmin gün saat 18 radələrində özünə məxsus fərdi yaşayış evinin yataq otağında qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Nigar ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əvvəl sağ əli ilə arvadının sifət nahiyəsinə şillə, daha sonra baş və bel nahiyələrinə sağ əlin yumruğu ilə qəsdən bir neçə zərbə endirib. Fuadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və arvadı ilə eyni evdə yaşayırlar:“Hazırkı iş üzrə əməli törətdiyim gün Xaçmaz şəhərindən yaşadığım evə gəldim. Anama sözüm olduğu üçün onun otağına daxil oldum. Bu zaman arvadım Nigar həmin otağa gəldi və məni anamın otağında olmağıma görə nalayiq ifadələrlə söydü. Bu zəmində Nigar ilə aramızda yaranmış mübahisə nəticəsində onu vuraraq xəsarət yetirdim”. Həmçinin bildirib ki, zərərçəkmiş şəxsin mübahisə zamanı ona dediyi təhqiramiz sözlərinə görə onların barışması mümkün deyil:Bizim bir uşağımız var. Uşaq anasının, yəni zərərçəkmiş şəxsin yanında qalır. Uşağın saxlanılması üçün hazırda hər hansı köməklik etmirəm. Lakin aliment tələb edərsə, ödəyərəm”. Fuad ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Xaçmaz rayonunun kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır: “Subayam, heç bir yerdə işləmirəm. Nigarla 2023-cü ilin oktyabr ayında ailə həyatı qursam da, rəsmi olaraq aramızda nikah bağlanmayıb. Birlikdə yaşadığımız dövr ərzində Sənan adlı övladımız dünyaya gəldi. Birlikdə yaşadığımız ilk gündən etibarən Nigar ilə yola getməmişəm və tez-tez aramızda mübahisələr yaşanıb. Buna görə də dəfələrlə Nigar evdən çıxaraq atasının yaşadığı kəndə gedib. Mən də hər dəfəsində onu könüllü şəkildə atasının evindən götürərək yaşadığımız evə gətirmişəm”. Təqsirləndirilən şəxs qeyd edib ki, axırıncı dəfə 2024-cü ilin yanvar ayının əvvəllərində aralarında baş vermiş münaqişəyə görə yenidən Nigar atasının evinə gedib:“Həmin ilin yay aylarında isə özü könüllü olaraq evə gəldi və həmin gündən etibarən də yenidən birlikdə yaşamağa başladıq. 2024-cü ilin yay aylarında evimə gəldikdən sonra isə bir daha Nigar atasının evinə getmədi. Ancaq yenə də aramızda söz-söhbət düşürdü”. Fuadın ifadəsinə görə, 2025-ci ilin fevralın 14-də, günorta saatlarında şəxsi işləri ilə əlaqədar Xaçmaz şəhərinə gəlib:“Bu zaman da Xaçmaz şəhərində 1 ədəd şüşə butulkada pivə içdim. Artıq evə gəldikdə saat 18 radələri olardı. Evə getdikdən sonra isə yenidən Nigar ilə aramızda mübahisə yaşandı. Mübahisənin də yaşanmasının səbəbi həmin ərəfədə mənim maddi vəziyyətimin yaxşı olmaması ilə bağlı idi. Buna görə də Nigara hədiyyə kimi aldığım “Redmi Note 9” markalı telefonu ondan istədim ki, onu satıb, özümə cib xərcliyi edim. Nigar isə telefonu verməkdən imtina etdi. Buna görə də aramızda mübahisə yaşandı. Mübahisə zamanı məni nalayiq söyüşlərlə söyüb təhqir etməyə başladı. Nigarın məni söyməsindən əsəbləşdiyimdən onun üzərinə getdim, sol əlim ilə saçından tutdum, sifətinə şillə, baş və bel nahiyələrinə isə yumruqla bir neçə zərbə endirdim. Bundan əlavə, onu vuran zaman da əllərim ilə onun sol dirsək nahiyəsindən də möhkəm sıxdım. Bütün bu proses təxminən 5-10 dəqiqə davam elədi. Ardınca isə onu buraxdım. Daha sonra Nigarın atasına zəng etdim və gələrək qızını aparmasını dedim. Sonra yaşadığım evdən küçəyə çıxdım və kəndin içinə tərəf getdim. Təxminən saat 22 radələrində yaşadığım evə qayıdan zaman Nigarın evdə olmadığını gördüm”.Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Fuad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi, həmçinin bu müddətdə Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə

cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
63
demokrat.az

1Источники