ABŞ administrasiyası iyulun əvvəlinə qədər gömrük rüsumlarını əvvəlki səviyyələrinə qaytara bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skott Bessent The Wall Street Journal tərəfindən təşkil edilən tədbirdə deyib:
"Tarif siyasəti baxımından Ali Məhkəmənin qərarı bizi geriyə atdı. Lakin biz Ticarət Qanununun 301-ci maddəsinin tətbiqi ilə bağlı tədqiqatlar aparacağıq ki, rüsumlar iyulun əvvəlinə qədər əvvəlki səviyyələrinə qayıda bilsin".
Qeyd edək ki, 301-ci maddə ABŞ prezidentinə Amerika ticarətinə zərər verən və ya beynəlxalq müqavilələri pozan başqa bir ölkənin siyasətinə və ya hərəkətlərinə qarşı mübarizə aparmaq üçün bütün müvafiq tədbirləri görmək səlahiyyəti verir.
Fevralın 20-də ABŞ Ali Məhkəməsi hazırkı Prezidentin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) adı altında digər ölkələrə idxal tarifləri tətbiq etməsinin səlahiyyətdən sui-istifadə olduğuna qərar verdi.
Musavat.com