RU

Göydən sərvət yağdı: 6 milyonu pəncərədən BELƏ ATDI - VİDEO

Çinin Şantou şəhərində qeyri-adi hadisə yaşanıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, lüks mənzillərdən birinin eyvanına çıxan yaşlı qadın əlindəki əskinasları aşağı atmağa başlayıb.

Qadının təxminən 6 milyon TL-yə (227929 manat) bərabər olan 1 milyon Honkonq dollarını (HKD) pəncərədən atdığı bildirilir.

Şahidlərin ifadələrinə və sosial mediada yayılan görüntülərə görə, yaşlı qadının bu hərəkəti bir dəfə ilə məhdudlaşmayıb. Dəfələrlə pəncərəyə çıxaraq pulları aşağı atan qadının hər dəstədə təxminən 100 min vahidlik əskinası sanki "zibil atırmış kimi" rahat şəkildə göyə sovurması diqqət çəkib.

Pulların havada uçuşduğu anlarda nəqliyyatın hərəkəti dayanıb, sürücülər və piyadalar pulları yığmaq üçün böyük izdiham yaradıblar. Bəzi vətəndaşların ağac budaqlarına ilişib qalan pulları götürmək üçün təhlükəli hərəkətlər etdiyi görülüb.

Hadisədən sonra əraziyə polis qüvvələri cəlb olunub və yaşlı qadının bu addımı hansı səbəbdən atdığı ilə bağlı araşdırmalara başlanılıb. Sosial şəbəkələrdə isə bu görüntülər "zənginliyin son həddi" və "əsl Robin Hud hekayəsi" şərhləri ilə sürətlə yayılıb.

Musavat.com

Избранный
26
7
musavat.com

8Источники