"Barselona"nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda "Atletiko Madrid"ə qarşı keçirilən oyunda bir qol vuraraq adını turnirin tarixinə yazdırıb.
Redaktor.az "Opta"ya istinadla xəbər verir ki, 18 yaşlı futbolçu eyni anda iki rekord müəyyənləşdirib.
Belə ki, L.Yamal karyerası ərzində ən nüfuzlu qitə yarışında 20 qolda pay sahibi olub - 11 qol və 9 məhsuldar ötürmə. "Atletiko" ilə oyun zamanı ispaniyalı cəmi 18 yaş 275 günlük idi ki, bu da onu turnirin mütləq rekordçusu edir. Belə gənc yaşda heç bir oyunçu bu qədər səmərəlilik nümayiş etdirməyib.
Həmçinin L.Yamal Çempionlar Liqası mövsümündə 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, o, daha bir unikal rekorda imza atdı: Lamin yarış tarixinə bir mövsümdə 10 və ya daha çox qolda pay sahibi olan ən gənc oyunçu kimi düşüb.
Qeyd edək ki, ötən gecə keçirilən "Atletiko Madird" - "Barselona" matçı katalonların 1:2 hesablı qələbəsi ilə başa çatsa da, iki oyunun ümumi nəticəsinə görə (3:2) Madrid klubu adını Çempionları Liqasının yarımfinalına yazdırıb.