RU

“Turan Bank” xalis mənfəətini – 2 DƏFƏDƏN ÇOX ARTIRIB - HESABAT

“Turan Bank” ASC 2026-cı ilin birinci rübünün sonuna olan maliyyə nəticələrini açıqlayıb.

FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 28 milyon 52 min manat olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 milyon 667 min manat (20%) çoxdur.

Müştərilərə verilmiş kreditlər son bir il ərzində 4 milyon 959 min manat və ya 23,2% artaraq 26 milyon 352 min manata çatıb.

Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 837 min manat (100 min manat / 10,7% az), ticarət və investisiya qiymətli kağızlar üzrə faiz gəlirləri 311 min manat (223 min manat / 41,8% az) olub.

Bankın faiz xərcləri 4 milyon 134 min manat (35,1%) artaraq 15 milyon 917 min manata yüksəlib. 

Depozitlər üzrə faiz xərcləri 9 milyon 839 min manat (1 milyon 55 min manat və ya 12% çox), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 408 min manat (212 min manat / 34,2% az), cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 5 milyon 182 min manat (3 milyon 368 min manat / 2,9 dəfə çox) olub.

Alınan haqq və kommisiya gəliri son bir ildə 158 min manat (7,2%) artaraq 2 milyon 366 min manata yüksəlib.
Xarici valyutadan gəlir (məzənnə dəyişməsi daxil olmaqla) 4 milyon 66 min manat (1 milyon 275 min manat / 45,7% çox) olub.

Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 863 min manat (15,8%) artaraq 15,8 milyon manat tutub. Ümumi və inzibati xərcləri 2 milyon 701 min manat (419 min manat / 18,4% çox), amortizasiya xərcləri 780 min manat (84 min manat / 12,1% çox) olub.

Bankın xalis mənfəəti 2 milyon 879 min manat olub ki, bu da, illik müqayisədə 1 milyon 663 min manat və ya 2,4 dəfə çoxdur. Bu dövrdə bank mənfəət vergisi ödəməyib.

2026-cı ilin birinci rübünün sonuna bankın aktivləri 901 milyon 279 min manat olub. Bu, ötən ilin sonu ilə müqayisədə 5 milyon 897 min manat (0,7%) azdır.

Müştərilərə verilən kreditlər son üç ayda 3 milyon 781 min manat (0,5%) artaraq 709 milyon 834 min manata yüksəlib.

Banklar və digər maliyyə institutlarına verilən kreditlər 2 milyon 159 min manat (4 min manat çox), banklar və digər maliyyə institutlarındakı depozitlər isə 78 milyon 361 min manat (18 milyon 617 min manat / 31,2% çox) olub.

Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 793 milyon 899 min manat olub ki, bu da, ötən ilin sonuna nəzərən 8 milyon 470 min manat və ya 1,1% azdır.

Bankdakı depozitlərin həcmi 21 milyon 741 min manat (4,6%) azalaraq 446 milyon 791 min manata düşüb.

Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 151 milyon 603 min manat (1 milyon 331 min manat / 0,9% az), kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 155 milyon 174 min manat (13 milyon 22 min manat / 9,2% çox) olub.

Cari ilin birinci rübünün sonunda bankın cəmi kapitalı 107 milyon 308 min manat təşkil edib. Bu, ötən ilin sonuna nəzərən 2 milyon 574 min manat (2,5%) artım deməkdir.

Səhmdar kapitalı dəyişilməyərək 100 milyon 6 min manat təşkil edib.

Ümumi ehtiyatların həcmi isə 306 min manat (2,7%) azalaraq 11 milyon 207 min manata düşüb.

“Turan“Turan“Turan
Избранный
18
9
fed.az

10Источники