RU

İranın neft yataqları zərər görə bilər

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran neft yataqlarının geri dönməz ziyana uğrama riski ilə üzləşə biləcəyi bildirilir. Bu barədə ABŞ Neft və Qaz Assosiasiyasının (USOGA) prezidenti Tim Stüart açıqlama verib.

Redaktor.az xəbər verir ki, məlumatı "Just the News" yayıb.

Stüartın sözlərinə görə, ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada İran rejiminin həm infrastrukturuna, həm də maliyyə sisteminə ciddi təzyiq göstərir. Onun fikrincə, İran nefti dünya bazarına çıxara bilmədikcə xaricdən məhsul idxal etmək imkanını da itirir.

Eyni zamanda, ixracın dayanması nəticəsində ölkə daxilində neft anbarlarının dolması problemi yaranır. Stüart iddia edir ki, bu vəziyyət artıq iki həftə ərzində baş verə bilər.

Onun sözlərinə görə, bu halda İran hökuməti hasilatı azaltmağa və bəzi quyuları bağlamağa məcbur qalacaq. Bu isə yataqlarda əlavə təzyiq yaradaraq uzunmüddətli dövrdə ciddi texniki zədələrə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
redaktor.az

2Источники