RU

Bacısını döyən yeznəsini yumruqladı Uşaqlarla görüşmək istəməsini bildirdi

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xaçmaz rayonunda 46 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 17-də rayonun kəndlərindən birində baş verib.1985-ci il təvəllüdlü Əziz həmin gün saat 20 radələrində yaşadığı evin həyətində yeznəsi Fərid (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Əziz sağ əli ilə Fəridin sifətinin sol nahiyəsinə bir yumruq zərbəsi vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Əzizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əziz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.Əziz ifadəsində göstərib ki,  Xaçmaz rayonunun ailə üzvləri ilə birgə yaşayır:“Fatimə mənim doğma bacımdır. Bacım əri Fərid ilə dəfələrlə mübahisə edib. Buna görə bacım 2025-ci ilin mart ayının əvvəllərində yaşadığımız evə gəldi. Həmin ilin martın 17-də, saat 20 radələrində yaşadığım evin həyətində olan zaman yeznəm Fərid evin qarşısına idarə etdiyi avtomobil ilə gəldi və evin çöl darvazasından həyətə daxil oldu. Həyətə daxil olduqdan sonra isə evin qapısının qarşısına gələrək uşaqlarla görüşmək istəməsini bildirdi. Bu zaman onu görən bacım getməsini, onu istəməməsini, uşaqları ona göstərməyəcəyini dedi. Həmin vaxt anam evdə olub. Anam gələrək Fəriddən getməsini, uşaqların xəstə olmasını dedi. Buna görə evdəkilərin Fəridi görmək istəmədiyini, bundan başqa anamı və bacımı nalayiq ifadələrlə təhqir etdiyi üçün ona evin həyətindən kənara çıxmasını xahiş etdim. Ancaq Fərid getmək istəməyərək həyətdəki çardağın altına tərəf getdi. Onun hərəkətlərindən əsəbləşdim və sifətinin sol tərəfinə bir dəfə yumruq vurdum”.Təqsirləndirilən şəxs deyib ki, daha sonra Fəridi kənara itələsə də, yerə yıxaraq onu döyməyib:“Onun üzünə vurandan sonra dərhal həyətdən çıxdı, avtomobilinə əyləşərək oradan uzaqlaşdı. Həmin hadisə 5-10 dəqiqə ərzində baş verdi, ətrafda heç kim olmayıb. Kənar şəxslərin müdaxiləsi olmadan ayrılmışıq. Fəridi yumruqla vurmağımın səbəbi axşam vaxtı öz evimin həyətində ailə üzvlərimi nalayiq ifadələrlə təhqir etməsi olub”. Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlçəndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.Onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
demokrat.az

1Источники