Bakı. Trend:
17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı,"Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə 7-ci dəfə “Yerlişirkətlərin tanıtım sərgisi” baş tutacaq.
“Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək sərgidə inşaat, qida, İKT,təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digərsahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul vəxidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətinigeniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstəkolmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişafetdirməkdir.
Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılarüçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma vətəchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzargörüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə“B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlətqurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcuddəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarınımüzakirə etmək imkanı əldə edəcəklər.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), DövlətMəşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginintərəfdaşları sırasındadır. Sərginin promo tərəfdaşı “Moon Group”,media tərəfdaşı isə “BHB Strategic and Creative CO”dur.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçiqeydiyyatı üçün: https://ebiletstore.com/event/7-ci-yerli-sirketlerin-tanitim-sergisi
Ətraflı məlumat üçün: marsolexpo.az və *0555