RU

"Barselona" 1/4-də dayandı, Yamal iki rekorda birdən imza atdı

"Barselona"nın ulduzu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda "Atletiko Madrid"ə qarşı keçirilən oyunda bir qol vuraraq adını turnirin tarixinə yazdırıb. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 18 yaşlı vunderkind eyni anda iki rekord müəyyənləşdirib. 

İspaniyalı karyerası ərzində ən nüfuzlu qitə yarışında 20 qolda pay sahibi olub - 11 qol və 9 məhsuldar ötürmə. "Atletiko" ilə oyun zamanı Lamin cəmi 18 yaş 275 günlük idi ki, bu da onu turnirin mütləq rekordçusu edir. Belə gənc yaşda heç bir oyunçu bu qədər səmərəlilik nümayiş etdirməyib.

Onun nailiyyəti bununla bitmir. "Atletiko"ya vurulan qol həm də onun cari Çempionlar Liqası mövsümündə 10-cu qol-ötürməsi (6 qol və 4 məhsuldar ötürmə) olub. Beləliklə, Yamal daha bir unikal rekorda imza atdı: o, yarış tarixinə bir mövsümdə 10 və ya daha çox qolda pay sahibi olan ən gənc oyunçu kimi düşüb.

Mirağa

Избранный
10
1
fanat.az

2Источники