RU

Rubio Livan–İsrail masasında əsas hədəfi açıqladı: Hizbullahın sonu?

ABŞ dövlət katibi Marko Rubio Livan və İsrail arasında başlayan təmasların əsas məqsədi ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırkı danışıqlar yalnız atəşkəs və ya İsrailin Livandakı hərbi əməliyyatlarının dayandırılması ilə məhdudlaşmır.

Rubio bildirib ki, müzakirələr “daha geniş və strateji məsələləri” əhatə edir. O vurğulayıb ki, əsas hədəflərdən biri Hizbullah hərəkatının regiondakı təsirinin aradan qaldırılmasıdır.

ABŞ rəsmisinin fikrincə, bu proses Yaxın Şərqdə təhlükəsizlik balansının yenidən qurulmasına yönəlib və Livan–İsrail münasibətlərində uzunmüddətli sabitliyin təmin olunmasını hədəfləyir.

 

Musavat.com

Избранный
36
musavat.com

1Источники