RU

Kürdlərin bazalarına hücum, yaralılar var VİDEO

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İraqın şimalında yerləşən İran kürd müxalifət partiyası “Komala”nın bazaları kamikadze pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli İraq KİV-ləri məlumat yayıb.

İlkin məlumatlara görə, zərbə nəticəsində ən azı üç peşmərgə döyüşçüsü yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, təkrar hücum cəhdlərindən sonra insidentə Fransa Hərbi Hava Qüvvələri müdaxilə edib. Şimali İraq üzərində hava məkanını patrul edən “Mirage 2000” qırıcısı İran istehsalı olan “Şahed-136” kamikadze dronunu raketlə məhv edib.

Qeyd edək ki, “Komala” (İran Kürdüstanı Partiyası) İran hökumətinə qarşı fəaliyyət göstərir və Süləymaniyyə bölgəsində mütəmadi olaraq rejimin silahlı qüvvələrinin, o cümlədən PUA-ların hücumlarına məruz qalır.

pic.twitter.com/jGu05gDuS9

— Afa (@02042006Afa) April 14, 2026

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники