“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano istefa verib.
Msport.az xəbər verir ki, bu barədə ABŞ klubunun rəsmi səhifəsi məlumat yayıb.
Argentinalı mütəxəssis 2025-ci ilin əvvəlində klubun “sükanı” arxasına keçmişdi. Onun müqaviləsi 2027-ci ilin sonuna qədər nəzərdə tutulmuşdu.
“İnter Mayami” Maskeranonun rəhbərliyi altında MLS kubokunu qazanıb.