RU

Zaqatala sakini itkin düşüb - FOTO

Zaqatalada 36 yaşlı kişi itkin düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ailə üzvləri onun şəhər ərazisində itkin düşüdüyünü iddia edir.
 

Bildirilib ki, rayonun Paşan kənd sakini, 36 yaşlı Zaurbek Məmmədov kənddən Zaqatala şəhərinə gəlib və elə bu ərazidə itib.


Ailə üzvləri Zaurbekin əqli qüsurlu olduğu, hətta danışa bilmədiyini bildiriblər. 

Hazırda itkin düşdüyü ehtimal olunan şəxsin tapılması istiqamətində tədbirlər görülür. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Избранный
29
3
bizim.media

4Источники