RU

“Tarixi bağlarımızın, meşələrimizin bərpası tarixi abidələrimizin bərpası qədər önəmlidir”

Elman Məmmədov: “Bəylik Bağları”nın bərpası istiqamətində görülən işlər təqdirəlayiqdir”

Məlum olduğu kimi, aprelin 11-də Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə Laçın rayonunun Bəylik kəndinin “Bəylik Bağları” adlanan ərazisində ağacəkmə aksiyası keçirilib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, tarixi bağlarımızın, meşələrimizin bərpası ilə bağlı maraqlı fikirlər səsləndirib, bunu dövlətimizin mühüm uğurlarından biri kimi dəyərləndirib:

“Ermənilər işğal dönəmində yalnız əhalimizə qarşı soyqırımı törətməyiblər. Onlar eyni zamanda bütün tarixi, dini abidələrimizə, eləcə də təbiətimizə qarşı ciddi soyqırımı törədiblər. Meşələrin, nadir flora və fauna nümunələrinin məhvi işğal dövrünə xas rellıqlardır.

İndi dövlətimiz işğaldan azad edilən ərazilərdə təbiətin bərpası, ekologiyanın yaxşılaşdırılması istiqamətində işlər görür. Bu gün bizim qarşımızda durn əsas vəzifələrdən biri yalnız tarixi binalarımızın deyil, eyni zamanda keçmişimizdən bzə yadigar qalan meşələrin, bağların bərpa edilməsidir. “Bəylk Bağları”nın bərpası istiqamətində atılan addımlar da bu qəbildəndir.

“Bəylik Bağları”nın bərpa edilməsi ilə bağlı Qarabağ Dirçəliş Fondu və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən görülən işlər təqdir edilməli, alqışlanmalıdır. Bu, təbiətimizin bərpası istiqamətində atılan mühüm addımlardan biridir.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərimizin bərpasında mühüm rol oynayır, çox vacib, həyati layihələr həyata keçirir. “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ də doğma Laçınımızın bərpa edilməsi, gözəlləşməsi ilə bağlı olduqca önəmli addımlar atıb, bu sahədə böyük uğurlar əldə edib. İnanıram ki, hər iki qurum bundan sonra da işğaldan azad edilən ərazilərimizin bərpasına, təbiətimizin yaxşılaşmasına yeni töhfələr verəcək, öz uğurları iə hər birimizi sevindirəcək”.

Seymur ƏLİYEV

 

Избранный
18
1
moderator.az

2Источники