RU

Keçmiş nigeriyalı futbolçudan Osimhenə sərt tənqid

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nigeriya millisinin sabiq üzvü Efan Ekoku, “Qalatasaray”da forma geyinən həmyerlisi Viktor Osimhen haqqında kəskin fikirlər səsləndirib.

Futbolpress.az xəbər verir ki, o, Osimhenin hələ “ən yüksək səviyyəyə” çatmadığını iddia edib.

58 yaşlı Ekoku Osimhenin adının dünyanın ən yaxşı hücumçuları ilə eyni sırada çəkilməsinə qarşı çıxıb:

​”Osimhenin yüksək səviyyəli oyunçular arasında olduğunu düşünmürəm. Levandovski, Benzema və Ronaldo kimi simalar 15 ildir zirvədədirlər. Mbappe, Keyn və Haaland da həmçinin. Məncə, Osimhen onlardan bir pillə aşağıdadır”.

Ekoku gənc forvardın xarakterini də tənqid edərək, onun emosiyalarını idarə edə bilmədiyini vurğulayıb:

“O, duyğularını gizlədə bilmir və çox tez sinirlənir. Son Afrika Millətlər Kubokunda bəzi komanda yoldaşlarına qarşı komanda ruhuna zərər verə biləcək şəkildə danışdığını gördük. Onun yenidən Avropanın böyük klublarına qayıdıb-qayıtmayacağını görmək maraqlı olacaq”.

​Karyerası ərzində “Norviç”, “Uimbldon” və “Qrasshopper” kimi klublarda çıxış edən Ekoku Nigeriya millisi ilə 1994-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
19
futbolpress.az

1Источники