RU

Köhnə binalara niyə ipoteka krediti verilmir?VİDEO

Köhnə binalara kredit verilərkən onların ortalama istismar müddəti nəzərə alınır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında bankların köhnə binalara ipoteka krediti verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Baş direktor taksi sürücülərinə icbari avtosığortada xüsusi əmsalın tətbiqini də  şərh edib. Bildirib ki, taksi kimi istifadə olunan minik avtomobillərinin qət etdiyi məsafənin daha çox olması həmin avtomobillərin icbari sığortasında xüsusi əmsalların tətbiq edilməsini şərtləndirir. Yəni mövcud qaydaya görə bir şəxs qəza edibsə, onun zərərlilik əmsalı artır. Amma bu konteksti kənara qoysaq, ümumilikdə taksi kimi sürülən avtomobilin qət etdiyi məsafə ilə digər avtomobilin qət etdiyi məsafə fərqlidir. Şahin Mahmudzadə Yaxın Şərqdə baş verən proseslərin ölkəmizə təsirlərindən də danışıb.

Daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlandığına da diqqət çəkən Şahin Mahmudzadə qeyd edib ki, sığorta məbləği yaşayış sahəsinin kvadratmetrinə uyğun olaraq formalaşdırılacaq. Bu isə əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatının yaradılmasına imkan verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
28
1
xezerxeber.az

2Источники