RU

İran hökumətindən etiraf: “Dağıdılmış evlərin hamısını bərpa edə bilməyəcəyik”

Müharibənin ağır nəticələri fonunda İran hökuməti mühüm açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani ölkənin maliyyə imkanlarının məhdud olduğunu etiraf edib.

Sözçünün sözlərinə görə, dövlət mövcud resurslarla müharibə zamanı dağıdılmış bütün yaşayış evlərinin tam bərpasını maliyyələşdirə bilməyəcək:

“Dövlətin resursları məhduddur və buna görə də hökumət müharibə zamanı dağıdılmış evlərin bərpasının tam dəyərini ödəyə bilməyəcək. Hökumət bu sahədə mövcud iqtisadi reallıqlara əsaslanaraq qərarlar qəbul etməyə və resursları mövcud şərtlərə uyğun idarə etməyə məcburdur”.

Musavat.com

Избранный
3
musavat.com

1Источники