Bakı. Trend:
Mərakeş şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)5-ci “Qlobal icra dəstəyi simpoziumu”nun açılış mərasimi olub.“Regional həllər, qlobal faydalar” mövzusunda keçirilən tədbirdəAzərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini SamirMəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Trend xəbər verir ki, bubarədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bu tədbir “ICAO”nun uzunmüddətli strateji məqsədlərinə nailolmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlıaviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.
Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrininiştirakı ilə nazirlərin dəyirmi masası keçirilib. Həmçinin ƏlətAzad İqtisadi Zonasında yerləşən “Silk Way Cargo Village” və HavaLimanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə “ICAO”nunƏlət Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb.Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələritərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dairfəaliyyətə çağırış “Call to Action” sənədi qəbul olunub.
Simpozium aprelin 16-dək davam edəcək.