RU

D vitamininin həddindən çox qəbulu təhlükəli ola bilər

Alimlər bildirirlər ki, D vitamini orqanizm üçün vacib olsa da, onun həddindən artıq qəbulu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə yüksək dozalı əlavələrin uzun müddət və həkim nəzarəti olmadan istifadəsi risk yaradır.

Mütəxəssislərin sözlərinə görə, D vitamininin artıqlığı bədəndə kalsiumun normadan artıq yüksəlməsinə səbəb olur. Nəticədə böyrək daşları, ürəkbulanma, qusma, qəbizlik, yorğunluq, əzələ zəifliyi və sümük ağrıları müşahidə oluna bilər. Ağır hallarda bu vəziyyət böyrək çatışmazlığına, dializ ehtiyacına, hətta həyati təhlükəyə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, son illərdə D vitamini toksikliyi halları artıb. ABŞ-də 2000-2014-cü illər arasında 25 mindən çox belə hal qeydə alınıb. Xüsusilə uşaqlar və yaşlılar risk qrupunda sayılır. Mütəxəssislər D vitamini çatışmazlığı zamanı ilk olaraq vitaminlə zəngin qidalara üstünlük verməyi, əlavələri isə yalnız həkim məsləhəti ilə qəbul etməyi tövsiyə edirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
35
3
azerbaijan-news.az

4Источники