RU

MOSSAD: İrana qarşı əməliyyatlar rejim dəyişikliyinə qədər dayandırılmayacaq

İsrailin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın rəhbəri David Barnea İrana qarşı aparılan kampaniyanın gələcək taleyi ilə bağlı kəskin bəyanatla çıxış edib.

Ölkə.Az-ın Clash Report-a istinadən məlumatına görə, kəşfiyyat rəhbəri əməliyyatların uzunmüddətli xarakter daşıdığını vurğulayıb.

David Barnea missiyanın son hədəfini belə izah edib: "Bizim missiyamız yalnız İrandakı ekstremist rejim devrildikdən sonra başa çatmış sayılacaq. Biz hərbi əməliyyatlar dayanan kimi fəaliyyətimizin bitəcəyinə inanmırdıq. Əksinə, kampaniyamızın Tehrana endirilən zərbələrdən sonrakı dövrdə də davam etməsi üçün hər şeyi diqqətlə planlaşdırmışıq".

Избранный
20
1
olke.az

2Источники