RU

İranın Ali Rəhbəri "məcburi müharibə" ilə bağlı əsas mövqelərini açıqlayıb

İranın Ali Rəhbəri Müctəba Xamenei "üçüncü məcburi müharibə" adlandırılan münaqişə ilə bağlı bir sıra prinsipial mövqelərini bəyan edib.

Ölkə.Az xəbər verir ki, bu barədə o özünün "Telegram" kanalında yazıb.

Xameneyi bildirib ki, İran ölkəyə hücum edən "cinayətkar təcavüzkarların" hərəkətlərinə mütləq cavab verəcək. Həmçinin, onun sözlərinə görə, Tehran dəymiş bütün ziyana, eləcə də münaqişə zamanı tökülən "şəhid qanlarına" və yaralılara görə təzminat tələb etmək niyyətindədir.

Bundan əlavə, Ayətullah İranın Hörmüz boğazının idarəetməsini yeni səviyyəyə qaldırmaq niyyətini vurğulayıb.

O, həmçinin xüsusi olaraq qeyd edib ki, İran "heç bir halda öz qanuni hüquqlarından imtina etməyəcək" və "müqavimət cəbhəsi"ni vahid bir tam kimi nəzərdən keçirir.

Избранный
25
2
olke.az

3Источники