RU

“Qala Həyat Sığorta”nın səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qala Həyat Sığorta Şirkəti” ASC səhmdarlarının növbəti Ümumi Yığıncağının keçiriləcəyi tarix açıqlanıb.Demokrat.az xəbər verir ki, yığıncaq 29 may 2026-cı il tarixində saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a ünvanında yerləşən şirkətin ofisində baş tutacaq.İclasın gündəliyinə bir sıra mühüm məsələlər daxil edilib. Bunlar sırasında ASC-nin 2025-ci il üzrə illik maliyyə hesabatlarının təsdiq olunması, eləcə də 2025-ci il üzrə idarəetmə hesabatının müzakirəsi və təsdiqi yer alır.Bununla yanaşı, iclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı əsasında digər məsələlərin də müzakirəyə çıxarılması nəzərdə tutulur.Qeyd edək ki, ümumi yığıncaq şirkətin fəaliyyətinin qiymətləndirilməsi və gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
demokrat.az

1Источники