"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".
"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".
Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi./Axşam.az