UEFA "Barselona"nın UEFA Çempionlar Liqasının 1/4 finalında "Atletiko" ilə ilk oyundakı (0:2) hakim qərarları ilə bağlı şikayətini rədd edib.
QOL.az xəbər verir ki, mübahisəli epizod matçın 54-cü dəqiqəsində yaşanmışdı. Hməni vaxt qapıçı Xuan Mussonun ötürməsindən sonra "Atletiko" müdafiəçisi Mark Pubil öz cərimə meydançasında topa əllə toxunub. Hakim İştvan Kovaç qayda pozuntusuna görə penalti təyin etməyib və bu, Kataloniya klubunun narazılığına səbəb olub. Oyundan sonra "Barselona" hakimin qərarından narazılığını bildirərək UEFA-ya etiraz edib.
UEFA-nın rəsmi saytında dərc olunmuş açıqlamada deyilir ki, Nəzarət, Etika və İntizam Komitəsi etirazı qəbuledilməz elan edib.