Iğdır, Qars və Ərdəhan şəhərlərində “Bir Millət, İki Dövlət” Azərbaycan–Türkiyə Gənclik Teatrı tərəfindən Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası səhnələşdiriləcək.
“Yeni Sabah” xəbər verir ki, bu, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsidir.
Tamaşa Iğdır Mədəniyyət Mərkəzində, Qars Qafqaz Universitetinin Mirzə Fətəli Axundzadə salonunda və Ərdəhan Universitetində nümayiş olunacaq.
Quruluşçu rejissor Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidovdur.
Əsər Azərbaycan Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov tərəfindən Türkiyə türkcəsinə tərcümə edilib.
Aydan Hacı
Telegram kanalımız